Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2023 17:12
UEFA AÇ-2024-ün pley-off mərhələsinin püşkatma mərasimini keçirib.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, 12 komanda hər biri dörd iştirakçıdan ibarət üç yola bölünüb.
Qeyd edək ki, qalib gələn komandalar finala vəsiqə qazanacaqlar. Yekunda sonuncu üç yerin sahibi bəlli olacaq.
Yarımfinal oyunları 2024-cü il martın 21-də, finallar isə martın 26-da keçiriləcək.
AÇ-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.
A Yolu
Polşa - Estoniya
Uels - Finlandiya
Uels - Finlandiya matçının qalibi finalda ev sahibi olacaq.
B Yolu
İsrail - İslandiya
Bosniya və Herseqovina - Ukrayna
Bosniya və Herseqovina ilə Ukrayna arasında keçirilən görüşdə qalib gələn tərəf finalda ev sahibi olacaq.
C Yolu
Gürcüstan - Lüksemburq
Yunanıstan - Qazaxıstan
Həlledici görüşdə Gürcüstan - Lüksemburq matçının qalibi ev sahibi olacaq.