Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2023 21:36
Rusiya Ukrayna ilə lazım olan qədər döyüşməyə hazırdır.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Aleksandr Litvinenko deyib.
"Məqsədlər dəyişməzdir. Putinə əldə edə bildiyi qədər Ukrayna ərazisi lazımdır, çünki ruslar üçün söhbət "əsl rus torpaqlarının qaytarılmasından" gedir. Müharibə yorucu müharibə mərhələsinə qədəm qoyub. Kremlin lazım olduğu qədər müharibə aparmağa hazır olduğuna dair çoxlu sübutlar var", - kəşfiyyat şefi bildirib.
Litvinenkonun sözlərinə görə, Rusiya artıq 2024-2025-ci illərdə ordusunu təchiz etmək planlarına hazırda davam edən müharibə amilini də daxil edib.
"Moskvada hesab edirlər ki, resurslar uzun müddət Ukrayna ilə indiki səviyyədə hərbi əməliyyatlar aparmaq üçün kifayətdir. Bundan əlavə, Kreml əmindir ki, Ukraynanın daxili resursları guya tam tükənməyə yaxınlaşır. Rusiya FSB-sinin təqdimatına görə, Putin öz strategiyasına düzəliş etmək istəyir", - Litvinenko vurğulayıb.