Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

KTMT-nin yeni Birləşmiş Qərargah rəisi KİMDİR?

KTMT-nin yeni Birləşmiş Qərargah rəisi KİMDİR?

Tarix: 23 Noyabr 2023 21:58

General-polkovnik Andrey Serdyukov KTMT-nin Birləşmiş Qərargah rəisi vəzifəsinə təyin edilib.

Milli.Az Modern.az-a istinadən xəbər verir ki, o, Rusiya tərəfinin nümayəndəsidir. 

Serdyukov KTMT-nin ötən ilin yanvar hadisələrində Qazaxıstandakı sülhməramlı qüvvələrinin komandanı olub. General-polkovnik 2016-cı il oktyabrın 4-dən Rusiya Hərbi Hava Desant Qüvvələrinə komandanlıq edib. Ryazan Ali Hava Desant Komandanlığı Məktəbini bitirib.

O, Çeçenistanda birinci və ikinci müharibələrdə iştirak edib. Yuqoslaviyada keçirilən "Priştinaya basqın yürüşü"nün, eləcə də 2014-cü ilin yazında Krımda keçirilən referendumun təhlükəsizliyinin təmin edilməsi əməliyyatının iştirakçısı olub.

Həmçinin Suriyada 2019-cu ilin aprel-sentyabr aylarında Rusiya kontingentinə komandanlıq edib. Hərbçi Rusiya Federasiyasının Qəhrəmanı, 3-cü və 4-cü dərəcəli "Vətənə xidmətə görə", "İgidliyə görə" və Aleksandr Nevski ordenlərinin sahibidir.

Milli.Az


Etiketlər:  KTMT nin yeni Birləşmiş Qərargah rəisi KİMDİR


RƏYLƏR