Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ramil Qasanov hər kəsdən halallıq istədi, sonra isə... - YENİLƏNİB - FOTO

Ramil Qasanov hər kəsdən halallıq istədi, sonra isə... - YENİLƏNİB - FOTO

Tarix: 24 Noyabr 2023 15:00

Tanınmış rəqqas Ramil Həsənov (Qasanov) intihara cəhd etməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Milli.Az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlama verən rəqqas intihar cəhdinin olmadığını bildirib:

"Hər şey qaydasındadır. İntihara cəhd etməmişəm. Sadəcə olaraq, kənardan elə görünüb. İntihara cəhd belə, olmayıb. Kəskin öskürəyimə görə antibiotik qəbul etdim. Bədənimə əks-təsiri oldu".

R.Həsənov paylaşımı özünün sildirdiyini söyləyib:

"Antibiotik halımı pisləşdirmişdi. Qardaşım çox qorxub. İşçim zəng edəndə qardaşım telefonu açıb. Vəziyyətimi ona bildirib. O da deyib ki, "Bir-iki saat öncə də mənimlə danışmışdı, halallıq istədi". Bu səbəbdən işçim elə paylaşım edib. Yanlış anlaşılıb. Bizim aramızda halallıq zarafatı var idi. Çünki bir neçə problemim var idi. Bu səbəbdən intihar edəcəyimi düşünüb. Lakin belə bir hal olmayıb. Özümə gələndən sonra paylaşımı sildirdim. Dedim ki, bu nədir, paylaşmısınız?"

Rəqqas hazırda vəziyyətinin yaxşı olduğunu vurğulayıb:

"Maraqlandığınız üçün təşəkkür edirəm. Şükürlər olsun ki, hər şey yaxşıdır. Hazırda yayılan qripə yoluxmuşam. Kəskin öskürəyim var idi. Antibiotik qəbul etdim ki, sağalım. Məni daha da pis hala saldı. Mədəm yuyulub. Ciddi bir xəstəliyim yoxdur".

------

09:07

Tanınmış rəqqas Ramil Qasanovun intihara cəhd etməsi ilə bağlı məlumatlar yayılıb.

Milli.Az olay-a istinadən bildirir ki, sənətçinin   səhifəsində bu barədə paylaşım edilib və silinib.  Hekayə bölməsindəki silinən yazılarda isə qeyd olunub:

"Maraqlanan hər kəsə təşəkkürlər, inşallah Ramil özünə gələcək. Səbəb intihara cəhddir. Yaxınlara yazıb, hər kəsdən halallıq istəyib. Daha sonra başına bu hadisəni gətirib, biz də vaxtında bilmişik. İnşallah özünə gələr, sizə hər şeyi danışar. Dua edin".

OLAY məlumatın doğruluğunu yoxlamaq üçün Qasanovun həmkarı, dostu rəqqasə Rəna Ağamuradova (Renka) ilə əlaqə saxlayıb.

Sənətçi bildirib ki, onun da hadisə ilə bağlı dəqiq məlumatı yoxdur. Renka söyləyib ki, dostlarına və Ramilin özünə zəng etsə də, telefonuna cavab verilməyib.

Milli.Az


Etiketlər:  Ramil Qasanov hər kəsdən halallıq istədi sonra isə YENİLƏNİB FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ