Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan hökuməti azərbaycanlıların təhlükəsiz şəkildə geri qayıtmasına şərait yaratmalıdır - İcma

Ermənistan hökuməti azərbaycanlıların təhlükəsiz şəkildə geri qayıtmasına şərait yaratmalıdır - İcma

Tarix: 24 Noyabr 2023 22:24

Ermənistanın baş naziri Nikol Paşinyan 2023-cü il noyabrın 24-də ictimaiyyətin suallarını cavablandırarkən, qayıdış hüququmuza növbəti dəfə xələl salmağa cəhd etmişdir. N.Paşinyan Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdış tələblərini müharibəyə hazırlıq kimi qiymətləndirmişdir. Qarabağda ermənilərin hüquqlarının müdafiəsi bəhanəsi altında Azərbaycanın ərazilərini işğal etmiş Ermənistanın baş naziri hər şeyi öz arşını ilə ölçür.

Sonxeber.net xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında əks olunub.

"Monoetniklik siyasəti yürüdən Ermənistandan fərqli olaraq, Azərbaycan dövləti və ictimaiyyəti etnik müxtəlifliyi ali dəyər hesab edir. Ermənistan hökuməti etnik müstəsnalıq kimi irqçi siyasətinə son qoymalı, birgəyaşayış və etnik müxtəliflik dəyərlərinə hörmət etməli və qovulmuş azərbaycanlıların Ermənistana təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtmasına şərait yaratmalıdır", - deyə bəyanatda qeyd edilib.


Etiketlər:  Ermənistan hökuməti azərbaycanlıların təhlükəsiz şəkildə geri qayıtmasına şərait yaratmalıdır İcma


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ