Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Noyabr 2023 00:15
Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin Rusiyaya pulunu ödədiklərini, amma hələ də silahları çatdırmadıqlarını təsdiqləyib.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, Paşinyan məsələnin müzakirə olunduğunu deyib.
"Əlbəttə, belə problemlər var. Bu problemin həlli mexanizmləri ilə bağlı müzakirələr gedir. Variantlardan biri ödənilmiş pulun məbləği ola bilər, məsələn, Ermənistanın Rusiyaya olan borcunun azaldılması. Yeganə variant deyil, variantlardan biridir", - baş nazir bildirib.
Paşinyanın sözlərinə görə, Rusiyanın özünə də silah lazımdır:
"Ümid edirəm ki, müzakirələr konkret nəticələr verəcək".