Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Pişik'' Günel: ''Meral Konrat nankor insandır'' - VİDEO

''Pişik'' Günel: ''Meral Konrat nankor insandır'' - VİDEO

Tarix: 25 Noyabr 2023 11:45

"Mən Meral Konratı özümə əsla düşmən görmürəm. Onun isə məni özünə düşmə görməsi ola bilər?! Amma Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Yaxşı olar ki, Meral xanım bu qardaşlıq münasibətinə bir az hörmət eləsin. Əlaqəsi də çoxdur, mən Azərbaycan Meral xanım isə Türkiyə vətəndaşıdır. Mən bu məsələni ümumi gözlə deyirəm. Axı bizim bir düşmənimiz var..."

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu sözləri "Pişik" ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Günel Ələkbərova qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində deyib.

Sənətçi "Təhminə" adlı bədii filmdə Təhminə obrazı ilə azərbaycan tamaşaçısının yaddaşında həkk olunan Türkiyəli aktrisa Meral Konratla aralarında yaranan küsülülükdən söz açıb:

"Rusların bir sözü var "неблагодарная" (nankordur - red.). Meral Konrat nankor insandır. Məndən istifadə edən insanları sevmirəm. Mən heç zaman heç kimin haqqında nələrsə danışmıram. Özü burada olmayan insan haqda da danışmaq istəmirəm və heç mənə də yaraşmaz. Çünki o xanım yaşca məndən böyükdür. Azərbaycan xalqı çox qonaqpərvərdir. Məndə bir azərbaycanlı kimi ona öz qonaqpərvərliyimizi dəfələrlə göstərdim. Tək ona deyil, həmçinin yanında çalışan köməkçisinə".

Günel aktrisa Meralla tanışlığından da bəhs edib:

"Bu haqda isə heç zaman heç yerdə danışmamışam. Mənim Meral xanımla tanlığım çox illər bundan əvvəl olub. "Təhminə və Zaur" filmindən 15 il sonra yəni 2006-ci illərdə... O zamanlar mən Türkiyədə idim. Elə oldu ki, məni iftar süfrəsinə bir məkana dəvət etdilər. Orada isə məşhurlar vardı. Meral xanım da həmin məclisdə idi.

Onlar bildilər ki, Azərbaycandan gəlmişəm. Onlarda mənə qarşı maraq oyandı. Amma Meral Konratı tanımamışdım. Çünki estetik əməliyyatlarla tanınmaz halda idi. Estetik etdirdiyini hərçənd nə qədər də boynundan atsa da... Bu xanım bildi ki, mən Azərbaycandan gəlmişəm və başladı ölkəmiz haqda danışmağa. Söylədi ki, film çəkilən illərdə Azərbaycanda olanda qaldığı otel bərbad idi, royalı açmışdı içindən böcək çıxmışdı, çörək almaq üçün növbə gözləyirdilər kimi şeylər danışdı. Mən də bir azərbaycanlı olaraq dedim ki, Meral xanım düz danışmır.

Biz necə kasıb ola bilərik ki, biz neft ölkəsiyik. Ondan sonra öz nömrəmi də verdim Meral xanıma ki, nə zaman istəsəniz gəlin Bakıya mənimlə də əlaqə saxlayın. Elə oldu ki, Meral xanım bayramlarda zəng vurub "Günel, sənin üçün çox darıxmışam" deyib Bakıya gəlirdi. Məndə onun qulluğunda dururdum. Amma təbii ki, insan elədiyi yaxşı şeyləri deməz".


Etiketlər:  Pişik Günel Meral Konrat nankor insandır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ