Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranda 5 alpinist həyatını itirdi

İranda 5 alpinist həyatını itirdi

Tarix: 25 Noyabr 2023 22:22

İranın qərbində baş verən qar uçqunu nəticəsində 5 alpinist həlak olub, 4 nəfər xəsarət alıb.

APA-nın İRNA agentliyinə istinadla məlumatına görə, xilasetmə qrupları paytaxt Tehrandan 300 kilometr cənub-qərbdə yerləşən San Boran zirvəsindən beş alpinistin cəsədini çıxarıb. Xəsarət alan 4 alpinist xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, doqquz nəfərdən ibarət alpinistlər qrupu yerli hakimiyyət orqanlarının mümkün risk barədə xəbərdarlığına baxmayaraq, cümə axşamı səyahətə başlayıb. 4,150 metr olan dağ silsiləsində son günlər intensiv qar yağıb.

Milli.Az


Etiketlər:  İranda 5 alpinist həyatını itirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ