Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən sağlam tərəvəzi seçildi

Dünyanın ən sağlam tərəvəzi seçildi

Tarix: 12 Avqust 2025 06:06

Alimlərin araşdırmasına görə tərə ən sağlam tərəvəzdir.

Sonxeber.net xəbər verir ki, aparılan elmi araşdırmalar tərəni insanı 10 növ xəstəlikdən qoruyan tərəvəz kimi qiymətləndirir.

Mütəxəssislər bildirir ki, tərə ağciyər xəstəliklərindən əziyyət çəkənlər və siqaret çəkənlər üçün xüsusilə faydalıdır.

Qanazlığı olan şəxslərə çuğundura əlavə olaraq tərə yemək məsləhət görülür. Tərə toxumunun tərkibində bol miqdarda dəmir mineralı var və bu hemoglobin səviyyəsinin yüksəlməsinə kömək edir.

Saç tökülməsi, kövrək dırnaq və dəmir çatışmazlığından yaranan sümük problemlərində də tərə istifadə olunur.

Tərkibində sərbəst radikallarla mübarizə aparan antioksidanlar olan tərə, xərçəng hüceyrələrinin toxumalara vurduğu zərəri azaldır.

Bundan başqa, tərə təsirli sidikqovucu kimi fəaliyyət göstərərək sidik yolları və böyrəklərin yuyulmasına yardım edir.


Etiketlər:  Dünyanın sağlam tərəvəzi seçildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ