Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada 280 kiloqram çəkisi olan kişi öldü - FOTO

Rusiyada 280 kiloqram çəkisi olan kişi öldü - FOTO

Tarix: 27 Noyabr 2023 09:02

Rusiyanın Tümen vilayətinin Armizonskoye kəndində 280 kiloqram çəkidə olan Leonid Andreyev ürək tutmasından dünyasını dəyişib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, son beş ildə o fərdi evdə yaşayıb və müstəqil hərəkət edə bilmədiyi üçün demək olar ki, heç hara çıxmayıb.

Uşaqlıqda Andreyev piylənmədən əziyyət çəkməyib, lakin orduda xidmət etdikdən sonra bir neçə ay ərzində çəkisi çox qısa müddətdə 40 kiloqram artıb və sonradan oturaq həyat tərzi keçirib.

Həkimlər kişiyə metabolik pozğunluq diaqnozu qoysalar da, müalicə təyin etməyiblər. O, beş il əvvəl işini tərk edib və o vaxtdan təkbaşına həyatı başlayıb.

Qeyd edək ki, Andreyevin əlillik üçün müraciət etmək cəhdləri də uğursuz olub. Həmçinin, o dəfələrlə tibbi yardım almağa çalışıb, lakin həkimlər ağır çəkisi səbəbindən onu xəstəxanaya yerləşdirə bilməyiblər və sadəcə müalicə təyin etdikdən sonra gediblər.

"Leonid, səni tanıyanlar, əzizlərin və yaxınların üçün sən bizim qəlbimizdə yaşayırsan. Səni unutmayacağıq. Sən mehriban və xeyirxah insan idin, həyat uğrunda sona qədər mübarizə apardın", - deyə onun tanışı Davran Cumayev öz sosial şəbəkə hesabında yazıb.

Milli.Az


Etiketlər:  Rusiyada 280 kiloqram çəkisi olan kişi öldü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ