Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünyanın ən kök kişilərindən biri vəfat etdi - FOTO

Dünyanın ən kök kişilərindən biri vəfat etdi - FOTO

Tarix: 27 Noyabr 2023 09:52

Dünyanın ən kök kişilərindən biri hesab olunan Leonid Andreev dünyasını dəyişib. O, son 5 ildə evdən kənara çıxmayıb.

Milli.Az sfera.az-a istinadən bildirir ki, 60 yaşlı Leonid Andreev Rusiyanın Armizonskoye kəndində yaşayıb. Vaxtilə 70 kiloqram çəkidə güləşlə məşğul olsa da, ölən zaman onun çəkisi 280 kiloqrama çatmışdı. Nə insanlıq adına, nə də peşə etikasına yaraşmasa da, Rusiya mediası daim onu fillə müqayisə edib.

Leonid Andreev arıqlayacağına və həyatını dəyişdirəcəyinə söz verdikdən sonra evində ölü tapılıb. Onun infarkt keçirdiyi məlum olub. Ölümündən bir gün əvvəl Leonid yerli mətbuata yeni planları haqqında danışıb. O, arıqlamaq və həyət evinə köçmək istədiyini bildirib. Bir qədər arıqlamağı bacaran Leonid, daha az yeyib və nişastalı qidalardan uzaq olub. Leonid etiraf edib ki, beş il ərzində o, bütün günü televizorun qarşısında divanda yatıb, qonşular isə evini təmizləmək və ona qulluq etməkdə kömək ediblər.

İki dəfə ailəli olan Leonidin övladı olmayıb.

Qeyd edək ki, Leoniddən daha çox çəkisi olan insanlar var ki, onlardan John Brower Minnoc hal-hazırda 630 kiloqrama çatıb.

Milli.Az


Etiketlər:  Dünyanın ən kök kişilərindən biri vəfat etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ