Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nasistlərin “ölüm mələyi” dəhşətli təcrübəsindən sağ çıxan əkizlər - FOTO

Nasistlərin “ölüm mələyi” dəhşətli təcrübəsindən sağ çıxan əkizlər - FOTO

Tarix: 27 Noyabr 2023 12:20

Eva Mozes Kor Osvensim həbs düşərgəsinin və nasist dövrünün ən böyük dəhşətlərini yaşamış insanlardandır. Ancaq bütün bu çirkabların içində o, qəlbini kinlə doldurmadan həyatını yaşaya bilib. 2019-cu ildə, 85 yaşında vəfat edib. Eva Facebook və Twitter-də aktiv olub, dünyanı gəzib, sənədli filmlərdə iştirak edib, kitablar yazıb və hətta nasist təcrübələrinin tarixindən bəhs edən muzey də təsis edib.

Sonxeber.net sfera.az-a istinadən bu yazıda sizə nasistlərin "ölüm mələyi" adlandırılan Mengelenin dəhşətli təcrübələrindən sağ çıxan əkizlər haqqında yazı təqdim edir.

Eva Mozes Rumıniyada yəhudi ailəsində anadan olub. Onun Miriam adlı əkizi, Edit və Eliz adlı iki böyük bacısı var idi.

Bu şəkil 1935-ci ildə çəkilib və əkizlər Eva və Miriama məxsusdur.

1944-cü ilin mayında Eva ailəsi ilə birlikdə Auşvits (Auschwitz) düşərgəsinə göndərilib. Onlar əvvəllər mal-qara daşımaq üçün istifadə edilən qatarda 4 gün boyunca dəhşətli yol gediblər. Ailəsi düşərgəyə gələndə qapının yanındakı əsgərlər anasından Eva və Miriamın əkiz olub-olmadığını soruşdular. Həmin an hər iki qızın həyatı dəhşətli taleyə doğru gedirdi.

Məhz bu vida yerində Eva və Miriam ailələrini sonuncu dəfə gördülər.

O dövrdə nasist düşərgələrinin və Almaniyanın ən qəddar həkimi olan "Ölüm mələyi" Cozef Mengele əkizlərə xüsusi maraq göstərirdi.

Auşvitsdəki 1500 əkizdən yalnız 300-ü sağ qalmışdı. Mengele əkizlərdən həm anaların doğum nisbətini artırmaq, həm də ölümcül xəstəlikləri yoxlamaq üçün istifadə edirdi.

O, yəhudi əkizlərindən birinə ölümcül virus yeridib və sonra onu sağlam bacısı ilə müqayisə edərək araşdırma aparıb. Əkizlərin göz rəngini dəyişmək üçün müxtəlif kimyəvi maddələr vurmuş, hətta bəzi araşdırmalarında siam əkizləri əldə etməyə çalışmışdır.

Eva və Miriam, 1949-cu il

Hər iki uşaq müxtəlif müayinələrə və genetik təcrübələrə məruz qalıb. Evanın danışdığı bir xatirəyə görə, bir gün o və bacısı müxtəlif laboratoriyalara aparılıb. Mengele qızın sol əlindən qan alıb və sağ əlinə bir neçə müxtəlif iynə vurub. Az sonra onun qızdırması qalxıb, qolları və ayaqları şişib, bədəninin hər yerində qırmızı ləkələr əmələ gəlib. Həmin an Cosef Mengele qıza 2 həftə ömrünün qaldığını bildirib. Ancaq Eva sağ qalmağı bacardı. Daha sonra Eva əkizinin yaşadığı sığınacağa qaytarılıb.

Mengeleyə gəlincə, müharibədən sonra Latın Amerikasına qaçdığı üçün ona qarşı cinayət işi açılmayıb. 27 yanvar 1945-ci ildə məhbuslardan biri Eva və Miriamın yaşadığı sığınacağa girərək: "Biz xilas olduq, indi azadıq!" qışqırdı. Qırmızı Ordu bütün nasist düşərgələrini boşaldır və əsirləri azad edirdi. 11 yaşında işgəncədən sağ çıxan qızlar rahibələrə təhvil verilib. Evanın dediyinə görə, rahibələr onlara oyuncaqlar versələr də, onların uşaqlığı Osvensimdə tamamilə məhv edilib.

Sonrakı günlərdə bacılar Rumıniyadakı evlərinə qayıdıblar. Lakin onların evləri xaraba və boş idi. Eva həmin günün həyatının ən bədbəxt günü olduğunu deyir. O, hələ də ailəsindən birinin sağ qala biləcəyinə inanırdı... 1950-ci ildə Eva və Miriam 16 yaşı olanda onlar İsrailə immiqrasiya üçün müraciət ediblər.

Müraciətləri qəbul edilən əkizlər Hayfada məskunlaşdılar və hər ikisi hərbi xidmətdə oldular.

Eva Mozes 1960-cı ildə amerikalı Maykl Korla evləndi. Maykl da soyqırımı yaşamış insan idi. Cütlük daha sonra Amerikaya köçüb və Aleks və Rina adlı iki övladları olub. Eva Mozes və oğlu Aleks Miriam isə keçirdiyi təcrübələr səbəbindən həyatı boyu böyrək xəstəliyi ilə yaşamalı olub. Eva ona böyrəyini bağışlasa da, Miriam 1993-cü ildə, 59 yaşında vəfat edib.

Eva Mozes Kor əkiz bacısının ölümündən 2 il sonra CANDLES (Children of Auschwitz Nazi Lethal Laboratory Experiments) adlı muzeyi yaradın. Eva maarifləndirici tədbirlərə və turlara rəhbərlik edib. O, 2 avtobioqrafiya yazıb və bir çox sənədli filmlərdə rol alıb. 2007-ci ildə Eva ABŞ-ın İndiana ştatında uşaqlara nasist düşərgələrinin həqiqətlərini öyrətməyi qanuni olaraq tələb edən bir layihə hazırlayıb.

2014-cü ildə sənədli filmdə iştirak edib. Eva əkiz bacısını itirdikdən sonra azadlıq, bağışlama və reablitasiya prosesinə başlayıb. 2015-ci ilin aprelində Eva Almaniyada keçmiş nasist Oskar Qröninqin məhkəmə iclasına gedərək kişini qucaqlayaraq onu bağışladığını bildirib.

Eva üçün bağışlamaq onu gücləndirən və həyatı olduğu kimi qəbul etməyə məcbur edən bir proses idi. 2016-cı ildə İngiltərədə yayımlanan və Evanın baş qəhrəmanı olduğu sənədli filmə "Nasistləri bağışlayan qız" adı verilib.

Təfərrüatlar haqqında maraqlananlar üçün bildirək ki, 2018-ci ildə "Ted Green Films" tərəfindən çəkilmiş "Eva" adlı daha bir sənədli film nümayiş olunub. Bu sənədli filmlərdə Evanın və onun taleyini bölüşən bir çox insanın dəhşətli, lakin diqqətdən kənarda qalmayan hekayələrini izləmək mümkündür.


Etiketlər:  Nasistlərin ölüm mələyi dəhşətli təcrübəsindən sağ çıxan əkizlər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ