Tarix: 6 Noyabr 2019 12:28
“Bavariya” daha bir ciddi itki ilə üzləşib.
Qol.az xəbər verir ki, Münhen klubunun müdafiəçisi Jerom Boatenq Almaniya Futbol İttifaqı tərəfindən 2 oyunluq cəzalandırılıb.
Buna 30 yaşlı futbolçunun Bundesliqanın son turunda Frankfurt “Ayntraxt”ı ilə səfər oyununda birbaşa qırmızı vərəqə ilə meydandan qovulması səbəb olub.
Beləliklə, almaniyalı futbolçu Dortmund “Borussiya”sı (9 noyabr) və “Fortuna” (23 noyabr) ilə oyunları buraxmalı olacaq.