Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2023 23:36
Hindistanın qərbindəki Qucarat ştatında son iki gündə güclü aramsız yağışlar yağır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə ştat rəhbərliyi məlumat yayıb.
Bildirilir ki, əlverişsiz hava şəraitində ildırım vurması nəticəsində 24 nəfər ölüb, 23-ü isə yaralanıb:
"Bazar və bazar ertəsi güclü yağış, tufan və dolu ilə müşayiət olunub, bəzi yerlərdə bir saat ərzində 144 mm-ə qədər yağış yağıb".
Hindistan Meteorologiya İdarəsi bu gün də ştatın bəzi yerlərində yağıntıların davam edəcəyini proqnozlaşdırır.