Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Allahın təkliyini bildirmək üçün şəhadət barmağı ilə bir rəqəmini göstərmək günaha səbəb olurmu?

Allahın təkliyini bildirmək üçün şəhadət barmağı ilə bir rəqəmini göstərmək günaha səbəb olurmu?

Tarix: 28 Noyabr 2023 03:00

Allah-Taalanın vahidliyi rəqəm və ədədlə ölçülməz, bəzi hədislərdə də buna işarə edilmişdir. Lakin bununla belə, Allahın təkliyini bildirmək üçün bir rəqəmini göstərən işarələrdən istifadə etmək, o cümlədən, şəhadət barmağını göstərmək günah deyil. Dua edərkən əlləri yuxarıya qaldırmaq müsəlman ənənəsində geniş yayılıb. Dua zamanı səmaya doğru baxmaq da insanlara xas olan bir xüsusiyyətdir. Əlbəttə, Allahın məkanı yoxdur, O, məkana tabe deyil, nə yerə, nə də göyə sığmaz. Lakin insan fitrətən səmanı və yuxarını ucalıq, böyüklük, rəhbərlik əlaməti kimi qəbul edir. Bir şeyin yuxarıda və üstdə olması onun üstün mövqedə olması kimi, aşağıda və altda olması isə tabeçilik kimi anlaşılır. Bu mənada insan dua zamanı əllərini səmaya doğru açıb üzünü yuxari qaldırmaqla Allahın ucalığını və onun üzərində hökm sahibi olmasını, özünün isə Onun tabeçiliyində olmasını təsdiq etmiş olur. Bu kimi hərəkətləri günah və şirk kimi yozmağa ehtiyac yoxdur.


Etiketlər:  Allahın təkliyini bildirmək üçün şəhadət barmağı ilə rəqəmini göstərmək günaha səbəb olurmu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ