Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bolqarıstan Lavrov üçün öz hava məkanını açdı

Bolqarıstan Lavrov üçün öz hava məkanını açdı

Tarix: 28 Noyabr 2023 07:46

Bolqarıstan öz hava məkanını Rusiyanın xarici işlər naziri Sergey Lavrovu üçün açıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə TASS məlumat yayıb.

Buna səbəb Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Makedoniyada keçiriləcək iclasdır.

"Lavrovun təyyarəsinin Bolqarıstanın hava məkanından keçməsi ilə bağlı notamıza müsbət cavab verilib. Bolqarıstanın Xarici İşlər Nazirliyi rəsmi olaraq nazirimizə ölkənin hava məkanında uçmasına icazə verildiyini bildirib".

ATƏT xarici işlər nazirlərinin iclası noyabrın 30-dan dekabrın 1-dək Skopyedə keçiriləcək.

Milli.Az


Etiketlər:  Bolqarıstan Lavrov üçün öz hava məkanını açdı


RƏYLƏR