Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Azərbaycan futbol hərəkatına çox şey verdiyimi düşünürəm"

Tarix: 28 Noyabr 2023 09:38

"Bu üç il ərzində Azərbaycan futbol hərəkatına çox şey verdiyimi düşünürəm".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazi "Tuttoudinese" nəşrinə açıqlamasında deyib.

67 yaşlı mütəxəssis yığmada işləməyə hazır olduğunu bildirib: "Avropa çempionatının seçmə mərhələsində 5 komandadan ibarət qrupda 7 xal əldə etdik. Birinci dərəcəli komandalarla bərabər oynadıq. Belçika ilə evdəki matçda bir epizoda görə uduzduq. Avstriya ilə qarşılaşmada bərabərliyə layiq idik. İsveçlə görüşdəki qələbə tarixdə qalacaq. 3:0 hesabı ilə qalib gələcəyimizi heç düşünməmişdim. Heyətdə maraqlı oyunçular var. Artıq yol asfaltlanıb, ümid edirəm ki, bu hərəkat növbəti illərdə daha da böyüyəcək. Bu, mənim üçün məmnunedici səyahət idi. Resurslar az olanda belə, komandanın futbol oynaya biləcəyini nümayiş etdirdim. Azərbaycan yığmasında çalışmaq dil fərqindən başlayaraq, bir çox səbəblərə görə asan deyil".

İtaliyalı baş məşqçi bəzi təkliflər aldığını da vurğulayıb: "Hələlik imza atmamışıq. Bu səbəbdən heç nə deyə bilmərəm".

Xatırladaq ki, AFFA İcraiyyə Komitəsi noyabrın 22-də millinin baş məşqçisi Canni De Byazi ilə yolları ayırıb. Yığma onun rəhbərliyi altında AVRO-2024-ün seçmə mərhələsində 7 xalla F qrupunda 4-cü yeri tutub.

Milli.Az


Etiketlər:  Azərbaycan futbol hərəkatına çox şey verdiyimi düşünürəm


RƏYLƏR