Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

44 günlük savaş Tehranı buna məcbur etdi - Beqlaryan

44 günlük savaş Tehranı buna məcbur etdi - Beqlaryan

Tarix: 28 Noyabr 2023 17:48

44 günlük müharibədən sonra Ermənistan-İran münasibətləri keyfiyyətcə dəyişib. Tehran üçün Ermənistanın İranla əlaqələrin gələcəyini necə gördüyünü, regional təhlükəsizlik məsələlərində İranın rolunu necə qəbul etdiyini bilmək son dərəcə vacibdir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu İran parlamentinin erməni deputatı Robert Beqlaryan deyib.

Onun sözlərinə görə, müharibədən sonra regional tarazlığın dəyişməsi və yeni çağırışların yaranması İrəvan və Tehranı əlaqələri, o cümlədən təhlükəsizlik sahəsində genişləndirməyə məcbur etdi:

"İran üçüncü qüvvələrin və oyunçuların regional məsələlərə qarışmasından çox ehtiyatlanır və bunu özü üçün çağırış hesab edir. Tehran regional məsələlərin regional qüvvələr tərəfindən həll edilməli olduğuna əmindir".


Etiketlər:  günlük savaş Tehranı buna məcbur etdi Beqlaryan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ