Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Noyabr 2023 06:56
Rusiya Federasiyası xarici işlər nazirinin müavini Serqey Ryabkov Rusiya ilə NATO arasında silahlı münaqişənin yarana biləcəyini istisna etməyib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə diplomat "İzvestiya" qəzetinə müsahibəsində danışıb.
Ryabkovun sözlərinə görə, mümkün eskalasiya tamamilə Şimali Atlantika Müqaviləsi Təşkilatının fəaliyyətindən asılıdır:
"Seçim tamamilə NATO-nun əlindədir. Rusiya əlində olan bütün vasitələrlə öz milli maraqlarını müdafiə etməyə hazırdır. Moskva üçün ən vacib istiqamətdə Rusiyanın maraqlarına sonsuz müdaxilə təhlükəli yoldur".