Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pentaqon Şimali Koreya ilə zarafat etdi: "İnternetdə Ağ Evin çoxsaylı görüntüləri var"

Pentaqon Şimali Koreya ilə zarafat etdi:

Tarix: 29 Noyabr 2023 13:42

Pentaqonu təmsil edən general Patrik Rayder Şimali Koreyanın təqdim etdiyi peyk fotolarına cavab verib. O, yumorla vurğulayıb ki, internetdə Pentaqonun və Ağ Evin çoxsaylı görüntüləri var.

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, general brifinq zamanı Şimali Koreyanın peyk buraxması barədə də danışıb, ABŞ-ın hadisədən xəbərdar olduğunu, lakin hazırda əlavə təfərrüatlar verməyi planlaşdırmadığını vurğulayıb.

O, buraxılışın məqsəd və parametrlərini yalnız Şimali Koreyanın bildiyini qeyd edib və əlavə edib ki, ABŞ müttəfiqləri ilə yaxından məsləhətləşməyə davam edəcək və vəziyyəti diqqətlə izləyəcək.

Xatırladaq ki, bir gün əvvəl Şimali Koreya "casus peyki"nin Ağ Evin, Pentaqonun və ABŞ hərbi dəniz bazalarının fotoşəkillərini çəkdiyini açıqlayıb. 

Milli.Az


Etiketlər:  Pentaqon Şimali Koreya ilə zarafat etdi İnternetdə Evin çoxsaylı görüntüləri var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ