Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2019 14:42
Bakı. Trend:
UNEC-də xarici dilin tədrisində beynəlxalq təcrübəyə əsaslanan yeni standartlar tətbiq edilir.
2019/2020-сi tədris ilindən tətbiq olunan yeni standartlara əsasən, tələbələrə ingilis dili “Dinləmə”, “Oxu”, “Yazı” və “Danışıq” bacarıqları üzrə tədris olunur. UNEC-in bütün fakültələrində tətbiq olunan yeni standartların məqsədi tələbələrin xarici dil səviyyələrini daha da artırmaq və xarici dildə araşdırma apara bilən yüksək ixtisaslı iqtisadçı tələbə və gənc tədqiqatçılar yetişdirməkdir.
Yeni standartların tətbiqi ilə bağlı UNEC-də tədbirlər planı təsdiqlənib. Tədbirlər planına əsasən, ingilis dilinin dərslik, sillabus və imtahan sualları ixtisaslara uyğun olaraq hazırlanıb. Dinləmə və anlama qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə universitetin bütün tədris binalarında linqafon kabinetlərin quraşdırılıb.
Tələbələrin dil bilikləri “Dinləmə”, “Oxu”, “Yazı” və “Danışıq” (Listening, Reading, Writing, Speaking) bacarıqları üzrə beynəlxalq təcrübəyə əsasən qiymətləndiriləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin