Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Noyabr 2023 19:00
Azərbaycan kubokunda 2-ci təsnifat mərhələsi çərçivəsində keçirilən "Lerik" - "Sumqayıt" matçında qorxulu anlar yaşanıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, matçın 23-cü dəqiqəsində "Lerik"in futbolçusu Rahid Ağazadə Sumqayıt təmsilçisinin oyunçusu Kristian Velinovskiyə qarşı açıq ayaqla kobud oynayıb.
Nəticədə Velinovskinin ayağı qırılıb, R.Ağazadə isə qırmızı vərəqə alaraq meydandan qovulub. Ayağı qırılan futbolçu isə ambulansla xəstəxanaya aparılıb.
Həmin anın görüntülərini təqdim edirik: