Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yerin altından 17 gün sonra sağ çıxdılar

Yerin altından 17 gün sonra sağ çıxdılar

Tarix: 29 Noyabr 2023 20:32

Hindistanın Uttarakhand əyalətində noyabrın 12-də baş verən sürüşmə nəticəsində çökən tuneldə qalan 41 işçi 17 gün sonra xilas edilib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, noyabrın 12-də Hindistanın Uttarakhand əyalətində yol işləri zamanı tikilməkdə olan tunelin bir hissəsinin uçması nəticəsində sıxışıb qalan 41 işçinin xilas edilməsi işləri uğurla başa çatıb.

Bütün işçilər 17 gündən sonra qapalı qaldıqları yerdən sağ-salamat xilas ediliblər. İşçilər xilas edildikdən sonra təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Milli.Az


Etiketlər:  Yerin altından 17 gün sonra sağ çıxdılar


RƏYLƏR