Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ona görə belə addım atdım'' - Əsgərli istefasının səbəbini dedi

''Ona görə belə addım atdım'' - Əsgərli istefasının səbəbini dedi

Tarix: 30 Noyabr 2023 00:12

Bir müddət öncə Birinci Liqanın çempionluğa iddialı komandalarından olan "Şamaxı"da baş məşqçi dəyişikliyi reallaşdı. Premyer Liqa təcrübəsi olan mütəxəssisin - Vüqar Əsgərlinin istefası bir qədər gözlənilməz alınıb. "Aslanlar"ın sabiq çalışdırıcısı ilə əlaqə saxlayıb bölgə təmsilçisindən niyə getdiyi soruşulub.

Sonxeber.net xəbər verir ki, Əsgərlinin fanat.az-a açıqlıaması belə olub: 

"Məncə, bir məşqçi üçün istefa bir mədəniyyət sayılmalıdır. Hiss etdim ki, bu qərar kluba daha faydalı ola bilər. Ona görə belə addım atdım. Əsas səbəb oynadığımız oyunla daha çox xal qazanmalı olduğumuz halda, bunun gerçəkləşməməsi idi. Oyunların çoxunda aşkar üstünlük bizdə olurdu. Amma bəzi məqamalarda buraxılan səhvlər üzündən istəyimizə çatmadıq. Bəlkə də rahatlıq var idi. Mən həmişə uşaqlara konsentrasiyanı itirməyin bizə baha başa gələcəyini deyirdim. Təsəvvür edin ki, son oyunda qalib gəlsəydik, birinci və ikinci yerdə möhkəmlənəcəkdik. Amma qapımız qarşısında heç bir təhlükə yaradılmadığı halda, kornerdən və penaltidən qollar buraxdıq. Tempi artıran kimi iki top vurub hesabı bərabərləşdirdik və yenə eyni ssenari təkrarlandı. Diqqət dağınıqlığının acı nəticəsi olaraq əlavə iki qol buraxdıq. Mənə görə, komanda gözəl hücum futbolu oynayırdı. Buna vurduğumuz qolların sayı da bariz nümunədir. Klubdan ayrılmağımın başqa heç bir səbəbi yox idi. Yeni təkliflər olsa, tələsmək əvəzinə götür-qoy edib bir qərar verəcəm".


Etiketlər:  görə belə addım atdım Əsgərli istefasının səbəbini dedi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ