Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2023 01:30
Beyin qan dövranın pozulmasının birinci əlaməti yüksək təzyiq və damarların keçiriciliyinin pozulması, ateroskleroz problemləridir.
Sonxeber.net bildirir ki, insanda bu simptomların formalaşmasının kökündə düzgün qidalanmamaq durur: hədsiz yağlı, duzlu yeməklər, xəmir məmulatları, şirniyyat, qəhvə, içki - damarların entotelində xolesterin düyüncüklərini toplayır.
Elə adam var, vaxtında məlumatlı olduğundan dərman və təbii vasitələrdən istfadə edərək toplanmış xolesterin düyünlərini hələ bərkiməmiş damarlardan çıxara bilir. Bununla da müəyyən mənada özünə kömək edir.
Qaraciyərin piylənməsi də damarlarda keçiriciliyi azalır, qan qatılaşır, dövran pozulur.
Bu hal illərlə davam etdikdə damarlar sıxılır. Beyinə qan normal getmir. Xüsusən baş yuxarıda olduğundan ora qanı qovmaq da damar üçün çətinləşir.
Əvvəlcə təzyiq oynayır, hətta ayda bir dəfə təzyiq 160-180-ə qalxıb, hipertonik kriz yaradırsa, xəstə həmin vaxt artıq qan və damarların yoxlanmasını düşünməlidir. Qanın analizi ilə lipid səviyyə, xolesterin, qaraciyər piylənməsi kimi məqamlar yoxlanmalıdır.
Buna fikir vermədikdə o artıq hipertoniya xəstəsinə çevrilir: insanda beyin zəifləyir, yaddaş pozulur, beyinə qan işləmir, ötüb-keçən insult krizləri olur - xəstə bir səhər oyanır ki, əli tutulub, gözü 1-2 saatlıq dumanlanıb, ətraflar sıxılır. Səhər başı gicəllənir, qusma olur, 1-2 saatdan sonra keçir. Xəstə də bundan arxayın olur, həkimə getmir.
Bunlar artıq beyin qan dövranı sisteminin pozulmasını göstərir.
Ən sonda xəstə insult olur.
Azərbaycanda ən çox rast gəlinən forma işemik insutdur.
İnsult önü vəziyyətin əlamətləri bunlardır:
xəstədə küt baş ağrısı, baş gicəllənmə, gözün qaralması, əzginlik, depressiv hal, yorğunluq, başda sıxılmalar. 1 həftə bu simptomlardan sonra insan ya gecə yatıb səhər oyananda görür ki, əli-ayağı işləmir, ya da bərk əsəbləşib, stres fonunda birdən birə insult olur.
İnsultun hansı arteriyada baş verməsindən asılı olaraq zədələnmələri olur: birtərəfli iflic, nitq pozğunluğu, qabıqaltı düyünlər də zədələnərsə amneziya olur, nitq tamam itir, üzün, dilin əyilməsi, udqunma pozulur. Beyin kötüyünü tutduqda daha ağır fəsadlar verir, xəstə komaya düşür, huşunu itirir. Çox ağır patologoyadır. Ondan sonra xəstənin tam sağalması çətin olur, əlil olur.
Ona görə əgər insan özündə bu əlamətləri müşahidə edərsə yubanmadan həkimə müraciət etməlidir: yaddaşsızlıq, huşsuzluq, möhkəm başağrıları, səhər oyananda əl-ayağında keyləşmə, uyuşmalar, halsızlıq, səhərlər ürəkbulanma.
Şəkərli diabet xəstələri də risk altındadır, onlarda damar problemləri də çox yaranır, damar tutulur. Daha sonra ürək patologiyaları yaradır. /medicina.az