Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2023 14:38
Rusiyanın Buryatiya Respublikasında yanacaq daşıyan qatar partladılıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, hadisənin Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən törədildiyini bildirib.
Məlumata əsasən, müxtəlif növ yanacaqla dolu 41 çən, aviasiya yanacağı ilə dolu 3 çən və içərisində qara metal olan 6 vaqondan ibarət qatar partladılıb.
Qeyd olunub ki, Baykal-Amur magistral xəttinin bu hissəsi Rusiya ilə Çin arasında dəmir yolu əlaqəsində çox mühüm rol oynayır və hadisə baş verən zaman 4 partlayıcı qurğu işə düşüb.
Hazırda Rusiya Federal Təhlükəsizlik Xidməti hadisə yerində araşdırma aparır.