Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kimsə sizdən rəsmi parkinq yerində pul istəyirsə... - Ekspertdən açıqlama

Kimsə sizdən rəsmi parkinq yerində pul istəyirsə... -  Ekspertdən açıqlama

Tarix: 30 Noyabr 2023 17:54

"Parklanmaya görə nağd ödənişlər qanunsuzdur".

Milli.Az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Elməddin Muradlı özünün "Facebook" hesabında yazıb.

O, parklanma ilə bağlı bir sıra məqamları da açıqlayıb:

"Rəsmi parkinq yerində ödəniş tələb etmək qanunsuzdur. Həmçinin kimsə axşam saat 10-dan sonra sizdən rəsmi parkinq yerində pul istəyirsə, bu yolverilməzdir. O cümlədən, bazar günü rəsmi parkinq yerində sizdən pul təıəb edilməsinə də qanun icazə vermir". 

Ekspert burda söhbətin yerüstü parkinq yerlərindən getdiyini vurğulayıb.

"Azərbaycanda bazar günü və hər gün axşam saat 10-dan səhər saat 7-yə qədər parkinq pulsuzdur. Parklanma yerlərində ödənişlər yalnız onlayn qaydada həyata keçirilir.Bəziləri axşam saat 10-dan sonra AzParkinq-in əməkdaşları ərazini tərk edən kimi və bazar günü əraziyə gələrə vətəndaşları aldadır və deyir ki, bazar günü və axşam saat 10-dan sonra parklanmaya biz baxırıq. Bütün bunlar qanunsuzdur və heç kimə ödəniş etməyə bilərsiniz", - E. Muradlı əlavə edib.

Xəyal
Milli.Az


Etiketlər:  Kimsə sizdən rəsmi parkinq yerində pul istəyirsə Ekspertdən açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ