Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ölən qızının əlini buraxmayan atanın fotosu “İlin ən yaxşısı” seçildi

Ölən qızının əlini buraxmayan atanın fotosu “İlin ən yaxşısı” seçildi

Tarix: 30 Noyabr 2023 21:38

"France-Presse" agentliyi (AFP) bu ilin fevralında Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində həlak olan qızının əlini buraxmayan Mesut Hançer adlı atanın şəklini "İlin ən yaxşı fotosu" seçib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Milliyet" yayıb.

Xatırladaq ki, Mesut Hançerin fotosunu Kahramanmaraşda baş verən güclü zəlzələdən sonra AFP-nin müxbiri Adem Altan çəkib. 49 yaşlı Mesut Hançerin 15 yaşlı qızı İrmakın əlini buraxmamasını əks etdirən foto dünya və yerli medianın manşetində yer alıb. Sözügedən fotoda ata bir an belə qızının əlini buraxmayıb.

Milli.Az


Etiketlər:  Ölən qızının əlini buraxmayan atanın fotosu İlin ən yaxşısı seçildi


RƏYLƏR