Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2019 16:33
Bakı. Trend:
İçərişəhərdə quldurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Səbail RPİ-nin 9-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini C.Rüstəmbəyli noyabrın 2-də saat 12 radələrində İçərişəhər, M.Maqomayev küçəsindəki evlərdən birinin qarşısında 1 nəfərin onu bıçaqla hədələyib 200 manatını aldığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş O.Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin