Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kloze bu klubu çalışdıracaq - Anlaşma əldə olundu

Kloze bu klubu çalışdıracaq - Anlaşma əldə olundu

Tarix: 1 Dekabr 2023 11:22

Almaniyanın millisinin sabiq futbolçusu Miroslav Kloze baş məşqçi olacaq.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, əfsanəvi hücumçu tezliklə "Kayzerslautern"in sükanı arxasına keçəcək. 

Bu barədə informasiyanı İtaliyanın "ITASportPress" xəbər agentliyi yayıb. Mənbənin məlumatına görə, veteran qoleador vaxtilə altı il formasını geyindiyi, hazırda Almaniyanın ikinci liqasında çıxış edən klubla anlaşıb. Klozenin artıq çağırışı qəbul etməyə razı olduğu, yalnız rəsmiyyət məsələsinin qaldığı vurğulanıb.

"Kayzerslautern" çıxış etdiyi liqada ardıcıl son üç matçda məğlub olub. Nəticədə baş məşqçi Dirk Şusterin "postu laxlayıb".

Milli.Az


Etiketlər:  Kloze bu klubu çalışdıracaq Anlaşma əldə olundu


RƏYLƏR