Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AFFA millinin yeni baş məşqçisi ilə bağlı qərar verdi

AFFA millinin yeni baş məşqçisi ilə bağlı qərar verdi

Tarix: 1 Dekabr 2023 14:38

AFFA rəhbərliyi millinin yeni baş məşqçisi ilə bağlı strategiyasını müəyyənləşdirib.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, Canni De Byazini əvəzləyəcək şəxs yerli olmayacaq! Artıq buna heç kim şübhə etməsin, məlumat kifayət qədər mötəbərdir.

Federasiya prezidenti Rövnəq Abdullayev İcraiyyə Komitəsinin bəzi üzvlərinin təzyiq və təkidi ilə belə bir qərar qəbul edib.

Dünənə kimi yerli mütəxəssis variantına üstünlük verən federasiya başçısı artıq öz mövqeyini 180 dərəcə dəyişib.

Abdullayev yığmanın sükanı arxasına gələ biləcək xarici namizədlərin siyahısının tezliklə hazırlanmasına dair göstəriş verib. Bu məqsədlə yaradılan İşçi Qrupunun qısa müddətdə bir araya gəlməyi planlaşdırılıb.

Milli.Az


Etiketlər:  AFFA millinin yeni baş məşqçisi ilə bağlı qərar verdi


RƏYLƏR