Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

3 ölkənin lideri Lukaşenko ilə foto çəkdirməkdən imtina etdi

3 ölkənin lideri Lukaşenko ilə foto çəkdirməkdən imtina etdi

Tarix: 1 Dekabr 2023 18:18

Litva, Latviya və Polşa prezidentləri Dubayda BMT-nin iqlim dəyişikliyi üzrə COP28 konfransında belaruslu həmkarları Aleksandr Lukaşenko ilə şəkil çəkdirməkdən imtina ediblər.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Litva prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Buna "ailə fotosu" deyilir. Lukaşenko bizim aid olmaq istədiyimiz ailədən deyil", - məlumatda deyilir.

Mənbə qeyd edir ki, Belarus prezidenti ilə yan-yana dayanmaq ikiüzlülük olardı.

Konfransdan sonra ənənəvi ailə fotosunun çəkilməsi Latviya Prezidenti Edqars Rinkeviçs və Polşa Prezidenti Anjey Duda tərəfindən də boykot edilib.

Milli.Az


Etiketlər:  3 ölkənin lideri Lukaşenko ilə foto çəkdirməkdən imtina etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ