Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qod Nisanovun bazarını onlar yandırıb – Markov

Qod Nisanovun bazarını onlar yandırıb – Markov

Tarix: 1 Dekabr 2023 18:44

Ukrayna hərbi kəşfiyyatı Rusiyanın böyük bazarlarını yandırmağa başlayıb? Rusiyanın ən böyük bazarlarında, dekabrın 1-də Moskvadakı "Sadovod" və noyabrın 30-da Rostov-Dondakı ən böyük "Belıy Temer" bazarında, demək olar ki, eyni vaxtda baş verən böyük yanğınlar bizi bu hadisələrin terror hücumları olduğunu düşünməyə vadar edir.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

"Bəs Rusiyada ən irimiqyaslı terror aktlarını kim həyata keçirir? Ukrayna Təhlükəsizlik Xidməti və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi. Böyük bazarlarda demək olar ki, eyni vaxtda yanğınların baş verməsi təsadüf ola bilərmi? Ola bilər. Amma bəlkə də bu, təsadüf deyil. Biz hərtərəfli araşdırma gözləyirik. Ukrayna Təhlükəsizlik Xidməti və Baş Kəşfiyyat İdarəsi əsas şübhəlilər olmalıdır", - o bildirib.


Etiketlər:  Nisanovun bazarını onlar yandırıb Markov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ