Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şahramanyan Bakıda həbsdə olan separatçılara zəng edib?

Şahramanyan Bakıda həbsdə olan separatçılara zəng edib?

Tarix: 2 Dekabr 2023 11:22

Qarabağ separatçı rejiminin hazırda Ermənistanda olan sonuncu "prezidenti" Samvel Şahramanyan Azərbaycan hökuməti ilə danışıqlar apardığına dair iddiaları təkzib edib.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, belə bir iddia ilə 1990-cı illərdə separatçıların "müdafiə ordusuna" komandanlıq etmiş Samvel Babayan çıxış etmişdi. O iddia etmişdi ki, Şahramanyan ermənilərin Qarabağa qaytarılması üçün Azərbaycanla danışıqlar aparır və "hər gün Bakıya zəng edir".

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyunun yazdığına görə Şahramanyanın köməkçisi Vladimir Qriqoryan israr edib ki, separatçıların keçmiş lideri Azərbaycan rəsmiləri ilə yalnız bəzi "texniki məsələləri", məsələn Bakıda həbsdə olan keçmiş separatçı liderlərin durumunu öyrənmək üçün danışa bilərdi:

"Əgər onlar oradan zəng edirlərsə və ya biz onlara zəng etməyə çalışırıqsa, bunu çətin ki, əlaqə adlandırmaq olar. Bunu qətiyyətlə danışıqlar adlandırmaq olmaz".

Qarabağın "deputatı" kimi təqdim olunan Davit Qalstyanın sözlərinə görə Şahramanyan telefon zənglərinin ən azı bir dəfəsində Qarabağın bəzi separatçı liderləri ilə danışa bilib.

Qalstyanın sözlərinə görə Şahramanyan Bakıda həbsdə olan separatçı liderlərlə telefonla danışa bilib və onlar heç bir işgəncəyə məruz qalmadıqlarını deyiblər.

Rəsmi Bakıdan bu xəbərlərlə bağlı hələ ki, heç bir açıqlama olmayıb.

Milli.Az


Etiketlər:  Şahramanyan Bakıda həbsdə olan separatçılara zəng edib


RƏYLƏR