Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Faiq Mirzəyev işdən çıxdı

Faiq Mirzəyev işdən çıxdı

Tarix: 2 Dekabr 2023 17:48

Heydər Əliyev Sarayının direktorunun birinci müavini Faiq Mirzəyev işdən çıxıb.

O, bu barədə özünün sosial şəbəkə hesabında yazıb.

"Hər bir işin sonu olduğu kimi mənim də Heydər Əliyev Sarayındakı 3 illik fəaliyyətim sona çatdı. Məni saraya təyin edən sabiq mədəniyyət naziri Anar Kərimova, mədəniyyət naziri Adil Kərimliyə, sarayın gözəl kollektivinin hər bir üzvünə, sarayla çalışan təşkilatçılara dərin təşəkkürümü bildirirəm", - F.Mirzəyev bildirib.

Qeyd edək ki, F.Mirzəyev 2021-ci ildə Heydər Əliyev Sarayının direktor müavini, 2022-ci ildə isə direktorun birinci müavini təyin olunub.

Xatırladaq ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, bu ilin noyabrın 25-də İlham Qasımov Heydər Əliyev Sarayının direktoru təyin edilib.

Milli.Az


Etiketlər:  Faiq Mirzəyev işdən çıxdı


RƏYLƏR