Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2023 20:04
Ermənistan Rusiyaya Avropa Birliyinin (Aİ) sanksiyalarından yan keçməyə kömək edir, bunu Rusiya-Ukrayna müharibəsi başlayandan bəri AB ölkələrindən Ermənistana məhsul ixracının kəskin artması dəlalət edir.
Sonxeber.net Report-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutunun (IIF) baş iqtisadçısı, "Goldman Sachs"ın keçmiş baş valyuta strateqi və Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Robin Bruks sosial şəbəkədə yazıb.
"Avropa Birliyində nə baş verdiyini düşünmək lazımdır. Putinin Ukraynaya hərbi müdaxiləsi AB-nin müdafiə etdiyi hər şey üçün böyük təhlükədir. Amma buna bənzər bir çox nümunə var: işğaldan sonra AB-nin Ermənistana ixracı 200 % artıb. Bu mallar Rusiyaya gedir və Putinə kömək edir. Bəs Brüssel nə edir?", - o qeyd edib.