Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Asiyada hərbi GƏRGİNLİK: Filippin yaxınlığında 135-dən çox Çin gəmisi...

Asiyada hərbi GƏRGİNLİK: Filippin yaxınlığında 135-dən çox Çin gəmisi...

Tarix: 3 Dekabr 2023 23:16

Filippin Sahil Mühafizəsi (PCG) bəyan edib ki, ölkənin ərazi suları yaxınlığında 135-dən çox Çin gəmisi aşkar edilib.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, Uitsun rifi yaxınlığında Çin gəmilərinə göndərilən radio mesajlarına cavab verilməyib.

Açıqlamada qeyd olunub ki, bölgədə keçən ay 111 olan gəmi sayı 135-ə yüksəlib və bu həyəcanverici vəziyyətdir.

Xatırladaq ki, İkinci Dünya Müharibəsindən sonra sahilyanı ölkələr müstəqillik əldə etdikdən sonra Cənubi Çin dənizi suverenliklə bağlı mübahisələrin predmetinə çevrilib.

Çin ilk dəfə 1947-ci ildə dərc etdiyi xəritə ilə Cənubi Çin dənizinin 80 faizindən çoxunun suverenliyini iddia edir. Filippin, Vyetnam, Bruney və Malayziya kimi sahilyanı qonşu ölkələr də bölgədə ərazi iddiasındadır.

Belə ki, bölgədəki adalar, riflər, qayalar və dəniz bəndləri, xüsusilə Parasel və Spratli adaları üzərində suverenlik mübahisələri zaman zaman ölkələr arasında gərginliyə səbəb olur. ABŞ, eləcə də region ölkələri Çinin mübahisəli adalarda hərbi bazalar tikməsinə və mülki gəmi donanmalarını uzun müddət saxlamasına qarşı çıxır.

2016-cı ildə Filippinin müraciəti əsasında Haaqa Daimi Arbitraj Məhkəməsi Çinin Cənubi Çin dənizindəki birtərəfli suverenlik iddialarının qanuni olmadığına qərar verib.


Etiketlər:  Asiyada hərbi GƏRGİNLİK Filippin yaxınlığında dən çox Çin gəmisi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ