Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Əsas hədəfimiz üç xaldır'' - APOEL-in futbolçusu

''Əsas hədəfimiz üç xaldır'' - APOEL-in futbolçusu

Tarix: 6 Noyabr 2019 20:40

"Eyni komanda ilə tez-tez oynamaq adi hal deyil. İndiyə qədər üç fərqli nəticə əldə etdik. Onların necə oynadığını və bizim necə oynamaq istədiyimizi bilirik. Fərqli oyun olacaq".

Qol.az-ın məlumatına görə, bu sözləri APOEL-in futbolçusu Linus Hallenius Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"la oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

"Oynadığım zaman həmişə qol vurmaq istəyirəm. Bu, komandaya kömək etmək üçün hücumçunun işidir. Əsas hədəfimiz üç xaldır. Kimin nə qədər qol vuracağı önəmli deyil" - deyə o bildirib.

L.Hallenius qarşılaşma öncəsi azarkeşlərə də səslənib: "Ümid edirəm ki, bizi dəstəkləməyə çoxlu azarkeş gələcək. Onların dəstəyini gözləyirik".

Bizi İnstaqramda da izləyin!

 


Etiketlər:  Əsas hədəfimiz üç xaldır APOEL futbolçusu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ