Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ülviyənin həyat yoldaşı faciəvi şəkildə ölüb - Hadisədən 15 dəqiqə qabaq zəng etdi...

Ülviyənin həyat yoldaşı faciəvi şəkildə ölüb - Hadisədən 15 dəqiqə qabaq zəng etdi...

Tarix: 4 Dekabr 2023 13:20

"Birinci həyat yoldaşım 2007-ci ildə avtoqəzada rəhmətə gedib. Mən hamilə idim, övladım o zaman 8 aylıq ana bətnində idi. O, övladının üzünü görmədi".

Milli.Az titul.az-a istinadən xəbər verir ki, müğənni Ülviyə Namazova qonağı olduğu "Rəngarəng səhər" verlişində deyib.

Xanım ifaçı ilk həyat yoldaşının faciəvi ölümündən danışarkəm gözyaşlarını saxlaya bilməyib:"O hadisədən sonra 3 il oxumadım. Hadisə gecə saatlarında baş verdi. Ölümündən 15-20 dəqiqə öncə mənə zəng vurdu. Küsülüydük həmin günü, biraz inciklik olmuşdu. Mənə "həyatımın keyfi" dedi. Mən də biraz acıladım. Ona görə özümü bağışlaya bilmirəm. Kaş ki, onunla o vaxt danışardım. O mənimlə küsülü dünyasını dəyişdi".

Qeyd edək ki, müğənni ikinci dəfə ailə həyatı qurub. Onun bu evlilikdən də bir övladı var.

Milli.Az


Etiketlər:  Ülviyənin həyat yoldaşı faciəvi şəkildə ölüb Hadisədən dəqiqə qabaq zəng etdi


RƏYLƏR