Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2019 01:24
Bakı. Trend:
Niderlandın Sxiphol hava limanında təyyarənin pilotu səhvən həyəcan düyməsini basıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Tvitterdə təyyarənin sahibi olan Air Europa aviaşirkəti xəbər verib.
Aviaşirkətin məlumatında deyilir: "Amsterdam və Madrid arasında uçuş edən təyyarənin göyərtəsində, hava limanında qaçırma hadisəsi ilə əlaqədar protokol üzrə əməliyyatı işə salan həyəcan düyməsi səhvən basılıb. Heç bir şey baş verməyib, bütün sərnişinlər yola düşmələrini gözləyirlər. Baş verənlərdən təəssüflənirik."
XXX
00:14
Niderlandın Sxiphol hava limanında fövqəladə vəziyyət elan edilib.
Trend-in "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə hava limanının qorunması üzrə hərbi polis məlumat verib.
Bunun səbəbi hələki bilinmir. Hərbi polisin sözlərinə görə, söhbət "təyyarələrdən birinin göyərtəsində şübhəli vəziyyətdən" gedir.
Hadisə yerinə bir neçə yanğınsöndürən və təcili yardım briqadası cəlb edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin