Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Beşiktaşın oyununda aləm qarışdı - oturacaqları yandırıb polisə daşla hücum etdilər - FOTOlar

Beşiktaşın oyununda aləm qarışdı - oturacaqları yandırıb polisə daşla hücum etdilər - FOTOlar

Tarix: 4 Dekabr 2023 20:36

"Ankaragücü" ilə "Beşiktaş" arasında oynanılan matçlarda uzun illərdən sonra ilk dəfə səfər oyunlarında tamaşaçılara qoyulan qadağa aradan qaldırılsa da, baş tutan sonuncu matçdan sonra yenə tribunalarda insidentlər yaşanıb.

Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, qarşılaşmadan sonra azarkeşlər "Eryaman" stadionuna zərər vurub, üstəlik polisə hücum edib. 

Əvvəlcə "Ankaragücü"nün tərəfdarları "Beşiktaş"lı həmkarlarının yer aldığı tribunalarına tərəf yad əşyalar atıblar. Daha sonra "Beşiktaş" fanatları oturacaqları sındıraraq meydan sahiblərinin azarkeşlərinin üstünə atmağa çalışıblar. Stadionu tərk etməyi gözləyən "Beşiktaş"lılar ardından yan tribunalarda "Ankaragücü"nə məxsus pankartları sökərək yandırıblar. Nəticədə yanğınsöndürənlər müdaxilə etmək məcburiyyətində qalıb və yanan oturacaqları söndürüblər. Bundan başqa "ağ-qara"lı azarkeşlər oturacaqlarla yanaşı stadionun tualetlərinə də ziyan vurublar. Nəticədə sakitləşməyən "Beşiktaş" azarkeşləri polisin geniş təhlükəsizlik tədbirləri və nəzarəti altında stadionu tərk edib. Qonaqlardan fərqli "Ankaragücü" azarkeşləri polisə də hücum edib. Azarkeşlərin atdığı daşlardan xəsarət alan olmasa da, polisə aid olan nəqliyyat vasitələrinin şüşələri sındırılıb.

Superliqanın 14-cü turu çərçivəsində baş tutan "Ankaragücü" - "Beşiktaş" matçı 1:1 hesabı ilə yekunlaşıb.

Milli.Az


Etiketlər:  Beşiktaşın oyununda aləm qarışdı oturacaqları yandırıb polisə daşla hücum etdilər FOTOlar


RƏYLƏR