Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2023 08:04
Türkiyənin Manisa şəhərinin Turqutlu rayonunda fabrik işçilərini daşıyan mikroavtobusun yük avtomobilinə çırpılması nəticəsində biri ağır olmaqla 12 nəfər yaralanıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, İzmirdən Ankara istiqamətində hərəkət edən mikroavtobusun qəzaya uğramasına səbəb sürücünün diqqətsizliyi olub. Qeyd olunub ki, nəqliyyat vasitəsi irəlidə hərəkətdə olan yük maşınının qoşqusuna çırpılıb.
Məlumata görə, vəziyyəti ağır olan şəxs mikroavtobusun sürücüsüdür.
Faktla bağlı araşdırma aparılır.