Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2023 12:22
İsrailin Türkiyədə HƏMAS üzvlərinə qarşı mümkün təqibləri fonunda Türkiyə kəşfiyyatının MOSSAD-a etdiyi xəbərdarlıq zarafat deyil, ciddi bəyanatdır.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu təhlükəsizlik, hərbi psixoloji və kəşfiyyat məsələləri üzrə türkiyəli ekspert, polkovnik Coşqun Başbuğ deyib.
"Türkiyənin mövqeyi əvvəldən bəllidir. İsrailin əsas taktikası özünü olduğundan daha güclü göstərməkdir. Bu, doğrudanmı belədir? Xeyr. Diqqət yetirirsinizsə, Qəzza hadisələrinin başlanğıcında kəşfiyyatın zəif olduğu bir dövr var idi", - o bildirib.
Onun sözlərinə görə, Ankara İsrail tərəfinə ciddi xəbərdarlıq edib:
"İki ölkə arasında heç bir fikir mübadiləsi aparılmadan mühakimə yürütmək MOSSAD-ın imkanları xaricindədir. MİT (Türkiyə Milli İstehbarat Təşkilatı - red.) zarafat etmir. Xəbərdarlıq bunu göstərir".