Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Messi ilin idmançısı seçildi - FOTO

Messi ilin idmançısı seçildi - FOTO

Tarix: 5 Dekabr 2023 22:54

Argentina millisi və "İnter Mayami"nin hücumçusu Lionel Messi ilin idmançısı seçilib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Amerikanın "Time" jurnalı futbolçunu ilin idmançısı elan edib.

Qeyd edək ki, 2023-cü ildə Messi səkkizinci dəfə Ballon d'Or mükafatını qazanıb.

Həmçinin PSJ ilə Fransa Liqa 1 və Fransa Super Kubokunu qazanıb.

Eyni zamanda, "İnter Mayami"nin heyətində Messi Amerika klubu ilə ilk kubokunu - Liqa Kubokunu qazanb.

Bu yay Messi Devid Bekxemə məxsus "İnter Mayami" klubuna keçib.

14 matçda argentinalı 11 qol vurub.

Xatırladaq ki, Messi 2022-ci ildə Argentina millisinin tərkibində ilk dəfə dünya kubokunu qazanıb.


Etiketlər:  Messi ilin idmançısı seçildi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ