Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2023 00:00
Məşhur amerikalı müğənni Teylor Sviftin pərəstişkarları konsertlərində tamaşaçılara pulsuz su verilməsi üçün petisiya başladıblar.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, buna səbəb isə ötən ay sənətçinin Braziliyadakı konserti zamanı həddindən artıq istiyə görə 23 yaşlı pərəstişkarının ölməsidir.
Onlar 350 minə yaxın imza toplayan petisiyanı qızın adı ilə bağlı "Ana Benevides Qanunu" adlandırıblar.
Qeyd edək ki, şahidlər şou zamanı istidən huşunu itirmə və ürək bulanmasından şikayətləniblər. Stadionda temperatur isə 60 dərəcəyə çatıb. Gecəyə tamaşaçıların özləri ilə su götürməsinə də icazə verilməyib.
Braziliya polisi hazırda talehsiz hadisəni təşkil edən "Time4Fun" şirkəti ilə bağlı araşdırma aparır.