Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Allaha çatmaq yollarından mühümü

Allaha çatmaq yollarından mühümü

Tarix: 6 Dekabr 2023 00:30

Peyğəmbəri-Əkrəm (s) insanları bütün işlərində, əməllərində, rabitələrində, rəftarlarında haqqa dəvət edirdi.

O, buyurardı ki, hər bir işinizi "Bismilləhir-Rahmənir-Rahim!"lə başlayın ki, Allaha görə, dünyada Allahın rəhmətinə ümidə görə və axirətdə də Pərvərdigarın rəhmətinə çatmaq niyyətilə olsun.

Onun içində hikmət və fəlsəfə gizlənmişdir. O zaman ki, işin kökündəAllah vardırsa, şirkdən uzaq olar. İşlər Allah üçün həyata keçirilər.

Bu işin dünya və axirət faydaları olar. Bu cür əməllər hətta bir çox psixoloji xəstəlikləri müalicə edər. İnsana rahatlıq və təhlükəsizlik hissi aşılayar. İnsanın iradə gücünü artırar.

İnsan təbiəti baxımından tələsən bir varlıqdır. Belə ki, Quran bu haqda buyurur: "İnsan çox tələsən və əcələ edəndir". ("İsra" 11).

Ancaq adətən onun bu əcələsi maddiyata və ləzzətə çatmaq üçün olur.Yəni, insan ya mal-dövlət əldə etmək üçün tələsir, ya da ləzzət.

Bu yolla axirətdən məhrum olur. Halbuki, bu əcələləri ibadət və İlahi ləzzətlər üçün olmalıdır.

Belə ki, Əmirəl-möminin (ə) buyurur: "Behiştdə hər nə qədər istəsəniz, mal-dövlət və ləzzəti əldə edə bilərsiniz".

Bəs insanın tələcməyini necə müalicə etmək olar? İnsan özünü saleh əməllər görməyə məsul hesab etməlidir. Saleh əməl nəticəsində insan aram və tərbiyəli olur.

Bu əməllərin nəticəsində insan bir daha sərvət dalınca getməyəcəkdir. Əgər əcələsi müalicə olmazsa, ömrü puç olacaq və mal və ləzzət toplamaq üçün tələf olacaqdır.

Ancaq bu xəstəliyi saleh əməllə müalicə etmək olar.

Allah Təala Quranda buyurur ki, sən gərək hərəkət edəsən, çalışasan, bədəni çalışma ilə, fəaliyyətlə, Allaha və Peyğəmbərə (s) itaətlə möhkəmləndirəsən. Sizin bu zəhmətləriniz puç olmaz.

Allah Təala buyurur ki, Mən insana çox sayda nemət vermişəm. Ancaq o,Mənim nemətlərinə şükür etmir, Mənim əleyhimə qalxır. Verdiyim gözlərindən, əllərindən haram işlər üçün istifadə edir.

İnsanları yollarından azdırır, onlara kələk gəlir, haram məclislərdə iştirak edir. Şükür etməyi bacarmayan insan isəkafir olar. Kafir, yəni naşükür, həqiqətləri inkar edən. Ancaq saleh əməlnəticəsində insane nüşükürlükdən hifz olunar.

Allah buyurur: "Şükür edənlərəmükafat verəcəyik". ("Ali-İmran" 145).

Həzrət Peyğəmbər (s) səhər çağı çoxlu səcdəyə gedər və ağlayardı. Hətta Bilal Həzrətə (s) buyurmuşdu: "Bu qədər ağlamaq lazımdırmı?".

Həzrət (s) ona belə cavab vermişdi: "Mən şükür edən bəndə olmayım?".

Allaha şükür etmək - özü bir ibadətdir. Valideynə şükür etmək isə valideynə ehsandır.

Əgər insan vaxtının çox hissəsini Allah bəndələrinə xidmət etməyə və Allaha ibadət etməyə sərf edərsə, saleh əməl görmüş olar. Bu yolla böyük cihada daxil olar.

Çünki o zaman ki, siz Allaha görə hansısa bir işi görürsünüzsə, həqiqətdə həvayi-nəfsinizlə mübarizə aparırısınız deməkdir.

Batini şeytana qarşı İlahi döyüşə çıxmış olarsınız. O zaman ki, nəfsiniz islah olar, insan sakitləşər. Bütün bunların hamısı həmin "Bismilləhir-Rahmənir-Rahim!" kəlməsiniin möcüzələridir.

İmam Baqir (ə) buyurur: "12 yaşlı bir yeniyetmə olanda dağları məhv edən Kərbəla hadisəsindən sonra atam kisəsini xurma, paltar, pulla doldurub, gecə vaxtı çiyninə qoyub gedərdi. ... müsəlmanların, yəhudilərin, xristianların evlərini gəzərdi.

Sonra da geri qayıdardı. Bir qədər yatardı və gecənin qalanını gecə namazı, göz yaşları tökmək və dua etməklə başa vurardı. Sonra azan deyib, sübh namazı qılardı.

Sübh namazından sonra isə mübarək üzünü torpağa qoyardı. Bu torpağı Əbi Abdullahın (ə) qəbrindən götürmüşdü.

Səcdədə min dəfə deyərdi: "İlahi, əbdəkə fənaik, miskinəkə fənaik, fəqirəkə fənaik".

O zaman ki, günəş çıxardı, tarlaya tərəf gedər və əkinçilik edərdi. Evə qayıdan zaman isə yenə də ibadət etməyə başlayardı. Bir gün otağın qapısını açdım. Gedib divarın kənarında əyləşdim, ona baxmağa başladım.

Gördüm ki, çox ağlayır və ibadət edir. Mən də yüksək səslə ağlamağa başladım. Atam namazın salamını verəndən sonra buyurdu: "Oğlum niyə ağlayırsan?".

Dedim: "Ürəyim sizin üçün yanır. Nə qədər iş görürsünüz, ibadət edirsiniz, səcdə edirsiniz. Məgər bu bədənin nə qədər enerjisi var ki?".

Buyurdu: "Ürəyimin əzizi! Taxçanın üzərində bir kitab var, onu götür, bura gəl".

Kitabı gətirib, atama verdim. Açıb, qarşıma qoydu. Buyurdu: "Bu səhifədə cəddim İmam Əlinin (ə) ibadət və xidmətləri yazılmışdır.

Ürəyimin əzizi! Əgər oxusan, mənə bir daha deməzsən ki, nə qədər ibadət edirsən və özünü əziyyətə salırsan. Mən hara, Əli hara?".

Bəli, budur saleh əməl. İnsan bu əməli sayəsində dünya və axirət səadətinə çata bilər. Ancaq onu da nəzərə almaq lazımdır ki, insan o zaman bu əməli görməlidir ki, Allaha və onun xəlqinə qarşı təvazökar olsun.

O zaman ki, Allah buyurur ki, namaz qıl və oruc tut - böyük həvəslə bu işi görsün. Əgər təvazö olmazsa, insanlara xidmət etmək ağır bir iş kimi görünər.

O zaman ki, bu işi ağır iş hesab edər, təkəbbürlə onu qəbul etməz. Təkəbbürü sayəsində saleh əməldən məhrum olar.


Etiketlər:  Allaha çatmaq yollarından mühümü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ