Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2023 07:06
Kiyev Qərbin yardımlarının və diqqətinin azalacağını gözləmir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba hollandiyalı həmkarı Hanke Bruins Slot ilə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında deyib.
"Mən tərəfdaşlardan gələn dəstəyin azalmasını görmürəm. Əgər silah və sursat tədarükü haqqında danışsaq, hər şey qrafik üzrə olacaq. Bizim tərəfdaşlarımız başa düşürlər ki, Ukraynada Ukraynanın gələcəyindən daha çox şey təhlükə altındadır. İstər diqqət, istərsə də gələn dəstək baxımından hər hansı bir yavaşlama və ya azalma gözləmirəm", - XİN rəhbəri bildirib.