Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2023 17:30
""TikTok" qeyri-ciddi, əxlaqsızlığı təbliğ edən platformadır. Kim edib bunu? Biz, özümüzünkülər, oradakı Azərbaycan qızlarıdır da".
Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı qonaq olduğu "Tarixin bir günü" verilişində deyib.
Rövşanə "TikTok" sosial şəbəkə platformasını mənəvi terror adlandıraraq tənqid edib:
"Müğənnilər "TikTok"a normal mahnılarını qoysalar, nə olar? "Facebook" bu gün ən ciddi platformaya çevrilib. Nə üçün "TikTok" deyirik? "TikTok"u biabırçı hala çevirən özümüzünkülərdir. Baxanda xəcalət çəkirəm: bağırırlar, bir jetona görə nələr edirlər. Hüquq-mühafizə orqanları bununla ciddi məşğul olmalıdır. Bu, mənəvi terror, zorakılıqdır".