Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağır yol qəzasında 5 nəfər öldü

Ağır yol qəzasında 5 nəfər öldü

Tarix: 7 Dekabr 2023 08:08

Rusiyanın Krasnodar vilayətində ağır yol qəzası 5 nəfərin ölümünə səbəb olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidmətindən bildirilib.

İlkin məlumata görə, "Kamaz" markalı yük avtomobili "Mercedes" markalı mikroavtobusla toqquşub. Zərbənin gücündən mikroavtobus qarşı zolağa çıxaraq digər yük maşınına çırpılıb.

Qəza nəticəsində mikroavtobusun sürücüsü və 4 sərnişini həlak olub, yük maşınlarının sürücüləri isə xəstəxanaya yerləşdiriliblər.

Milli.Az


Etiketlər:  Ağır qəzasında nəfər öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ