Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zəlzələdən sonra marketin tavanı uçdu - VİDEO

Zəlzələdən sonra marketin tavanı uçdu - VİDEO

Tarix: 7 Dekabr 2023 16:04

Bu gün səhər saatlarında Xəzər dənizində baş verən güclü zəlzələdən sonra Xırdalan şəhərində marketlərin birinə ziyan dəyib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, yeraltı təkanlar zamanı marketin tavanı uçub və məhsulların üzərinə tökülüb.

Qeyd edək ki, 7 dekabr, yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.

Zəlzələ Bakıda və bir sıra şəhərlərdə hiss olunub.

Milli.Az


Etiketlər:  Zəlzələdən sonra marketin tavanı uçdu VİDEO


RƏYLƏR